Aİ Suriyaya qarşı enerji və bank sanksiyalarını ləğv etməyi müzakirə edir

2025/02/1738990571.jpg
Oxunub: 427     09:41     08 Fevral 2025    
Avropa İttifaqı (Aİ) Suriyaya qarşı enerji və bank sektoru ilə bağlı sanksiyaların ləğvini, o cümlədən ölkədən neft idxalına, neft və qaz texnologiyalarının ixracına qoyulan qadağaların aradan qaldırılmasını müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

“Müqavilə potensial olaraq neftin kəşfiyyatı və emalı, həmçinin yeni elektrik stansiyalarının tikintisi üçün maliyyələşdirməyə qoyulan məhdudiyyətlərə son qoyacaq”, - agentlik bildirib.

Bundan əlavə, müzakirə edilən tədbirlər bir neçə bankın sanksiya siyahısından çıxarılmasını və Suriya Mərkəzi Bankına tətbiq edilən məhdudiyyətlərin qismən aradan qaldırılmasını əhatə edə bilər. Aİ həmçinin reaktiv yanacaq ixracına qoyulan qadağaları ləğv etməyi və Suriya hava yolları ilə hava limanlarına qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir.

Bundan əvvəl Aİ-yə üzv 27 ölkənin xarici işlər nazirləri Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvi üçün yol xəritəsi üzərində razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Suriya  


Bizi "telegram"da izləyin