Ordu.az-ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Rusiya baş naziri Mixail Mişutsinlə görüşdə deyib.
Onun sözlərinə görə, İran Rusiya ilə münasibətlərin inkişafında ciddi iradəyə sahibdir. İran və Rusiya əlaqələri müxtəlif sferalara sahibdir. İki ölkə bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə maraq göstərir.
"Qarşıda Xəzəryanı ölkələr arasında iclasın keçirilməsi nəzərdə tutulur. Bu iclas və onun kənarında münasibətlərin inkişafı çərçivəsində müzakirələrin davam etdiriləcəyi gözlənilir", -deyə o qeyd edib.
Görüşdə Rusiya baş naziri Mixail Mişutsin də bildirib ki, Rəşt-Astara dəmiryolunun tikintisi ilə bağlı prosesi sürətləndirmək lazımdır. Bu layihə ilə bağlı işlərin müxtəlif mərhələlərinin təyin olunmuş zaman cədvəlində həyata keçiriləcəyi gözlənilir.
Mişutsin deyib ki, Rusiya İrana qaz ixrac etməyə hazırdır. Bu istiqamətdə İranın neft naziri ilə danışıqlar aparılıb.
Qeyd edək ki, bu gün İran prezidenti Məsud Pezeşkian yüksək səviyyəli heyətin müşayiəti ilə Rusiyaya səfər edib. Səfər çərçivəsində Hərtərəfli Strateji Tərəfdaşlıq sazişi imzalanacaq.
Ordu.az