Rusiya Krivoy Roq şəhərini bombalayıb, ölən və yaralananlar var - VİDEO

2025/01/Ekran-1737118377.jpg
Oxunub: 537     16:24     17 Yanvar 2025    
Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın Krivoy-Roq şəhərinə ballistik raketlərlə zərbələr endirib.

Ordu.az-ın “unian“a istinadən məlumatına görə, nəticədə ilkin məlumata görə, 4 nəfər ölüb. Onlardan üçünün qadın, birinin isə kişi olduğu açıqlayıb.

Hadisə zamanı həm də 3 nəfərin yaralandığı açıqlanıb. Eyni zamanda təhsil müəssisəsi, iki yaşayış binası və təsərrüfat təyinatlı tikiliyə ziyan dəyib.

Vilayətin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak faktı təsdiqləyib. Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul 20 yanvar tarixinin matəm günü elan ediləcəyini açıqlayıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Krivoy-Roq  


Bizi "telegram"da izləyin