"Rusiya və İran atom elektrik stansiyasının inşası üzrə danışıqları tamamlaya biləcək" - Pezeşkian

2024/07/1720679149.jpg
Oxunub: 471     16:11     17 Yanvar 2025    
Rusiya və İran atom elektrik stansiyasının inşası üzrə danışıqları tamamlaya biləcəklər.

Ordu.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə bildirib.

“Atom elektrik stansiyasının inşası ilə bağlı razılaşmalar – çox yaxşı xəbər oldu. Düşünürəm ki, bu gün tərəflər bu istiqamətdə əldə olunmuş razılaşmaları tamamlaya biləcəklər. Bizim həmkarlar, nazirlər və ekspertlər hələ ki, gündəmdə olan bütün məsələləri müzakirə edirlər və mən əminəm ki, gün ərzində onlar bu məsələlərin necə irəlilədiyi haqda ortaq məxrəcə gələcəklər”, - deyə iranlı prezident bildirib

Pezeşkian vurğulayıb ki, Moskva və Tehran arasında bu gün imzalanacaq strateji saziş ikitərəfli münasibətlərin inkişafına böyük təkan vermiş olacaq.

“Mən əminəm ki, iki ölkənin bütün sahələrini, o cümlədən mədəniyyət, iqtisadiyyat, həmçinin humanitar münasibətləri əhatə edən müqavilənin imzalanması ilə ikitərəfli münasibətlərin inkişafına böyük təkan veriləcək və o irəliyə doğru hərəkət etməyimiz üçün möhkəm təmələ çevriləcək”, - deyə İran prezidenti əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   Rusiya   İran  


Bizi "telegram"da izləyin