Pezeşkian: "Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsi ikitərəfli münasibətlərdə yeni səhifə açacaq"

2025/01/1737114566.jpg
Oxunub: 461     15:43     17 Yanvar 2025    
Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi ikitərəfli münasibətlərdə yeni səhifə açacaq.

Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Pezeşkian cümə günü Moskvada Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşdə deyib.

"Əminəm ki, bu müqavilə ikitərəfli münasibətlərimizdə yeni möhkəm səhifə açacaq", - o bildirib.

M.Pezeşkian əlavə edib ki, Tehran İranla Rusiya arasında ən yüksək səviyyədə əldə olunacaq bütün razılaşmaları yerinə yetirməkdə qərarlıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran  


Bizi "telegram"da izləyin