Ordu.az xəbər verir ki, “Yavru Vatan”ın ev sahibliyi etdiyi TEKNOFEST KKTC mayın 1-4-də Ercan Hava Limanı Köhnə Terminal Binasında keçiriləcək.
Festivalda iştirak ödənişsizdir və hər kəs iştirak edə bilər.
Texnologiya yarışmaları TEKNOFEST KKTC-də 7 əsas kateqoriya və 14 alt kateqoriya üzrə keçiriləcək. Yerli texnologiya və müdafiə sənayesi məhsulları Şimali Kipr xalqı ilə görüşəcək.
Festival çərçivəsində hava şouları, konsertlər, seminarlar, sərgilər, səma fəaliyyətləri, simulyasiya sahələri, virtual reallıq tuneli, planetarium, sərgi tədbirləri və uçuş fəaliyyətləri təşkil olunacaq.
TEKNOFEST KKTC Texnologiya Yarışmalarında paylanacaq mükafatların məbləği açıqlanıb. İştirakçılara 2,5 milyon Türkiyə lirəsi mükafat və 3 milyon Türkiyə lirəsi maddi dəstək veriləcək. Yarışma iştirakçılarına nəqliyyat və yerləşdirmə dəstəyinin də veriləcəyi açıqlanıb. Yarışmalar üçün son müraciət tarixi 2025-ci il yanvarın 15-idir.
Sevinc Əliyeva
Ordu.az