“Bu il 3 “Altay” tankını kütləvi istehsaldan çıxararaq, orduya təhvil verəcəyik” - Haluk Görgün

2025/01/1737024075.jpg
Oxunub: 537     15:28     16 Yanvar 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün bu il ən azı 3 “Altay” tankını kütləvi istehsaldan çıxararaq, orduya təhvil verəcəklərini açıqlayıb.

Ordu.az xəbər verir ki, Görgün istehsalla bağlı podratçı və subpodratçılar ilə Türkiyə MSK-nin koordinasiyalı şəkildə işlədiyini bildirib.

Türkiyə MSK-nin binasında təşkil edilən mətbuat konfransından sonra sualları cavablandıran Görgün altıncı nəsil təyyarələrlə bağlı dünyada əvvəlcə altıncı nəslin adının verilməsi, sonra isə altının doldurulması üçün səylərin olduğunu müşahidə etdiyini deyib.

Türkiyə MSK sədri heç kimin etmədiyi bir doktrina meydana gətirəcək araşdırmalar apararaq irəliləməyi üstün tutduqlarını deyib.

“Fəaliyyətimizə altıncı nəslə öz unikal yanaşmamızla başladıq. Bunları beynəlxalq səviyyədə inkişaf etdirmək və bizimlə birlikdə addımlamaq istəyən dost ölkələrə açığıq”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Görgün   Altay   Türkiyə  


Bizi "telegram"da izləyin