Ordu.az xəbər verir ki, müvafiq inkişaf ASFAT-ın rəsmi “X” hesabında edilən paylaşımda bildirilib.
“Milli Müdafiə Nazirliyimiz ilə ASFAT arasında imzalanan HGK-84 Tədarükü Layihəsi çərçivəsində TÜBİTAK SAGE ilə əməkdaşlıqla ASFAT tərəfindən HHQ Komandanlığına ilk tədarüklər uğurla tamamlanıb”, - deyə paylaşımda qeyd olunub.
HGK-84 mövcud idarə olunmayan 2000 lb-lik “Mk-84” ümumi məqsədli bombalarını və nüfuzedici bombaları ANS/KKS tuşlama sistemi ilə “hava-yer” tipli ağıllı və dəqiq zərbə qabiliyyətinə malik sursata çevirən tuşlama dəstidir.
HGK-84 ilə yanaşı, digər “Mk” seriyalı sursatlarda istifadə edilən HGK-82 və HGK-83 sursatları da TÜBİTAK SAGE tərəfindən hazırlanıb.
Sevinc Əliyeva
Ordu.az