Rusiya və Belarus “Qərb-2025” strateji təliminə hazırlaşır

2025/01/1737012311.jpg
Oxunub: 444     12:51     16 Yanvar 2025    
Rusiya və Belarus bu il Belarus ərazisində keçiriləcək “Qərb-2025” strateji hərbi təliminə hazırlaşır.

Ordu.az xəbər verir ki, Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti Rusiya və Belarusun Regional Qoşunlar Qrupunun Birləşmiş Komandanlığının fəaliyyəti haqqında məlumat yayıb.

Təlimin məqsədinin iki dövlətin müdafiə qabiliyyətini artırmaq olduğu bildirilib, bu il keçiriləcək təlimin daha geniş çərçivədə təşkil ediləcəyi açıqlanıb.

Belarus Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, Belarus və Rusiya Silahlı Qüvvələrinin nümayəndələri sabit komanda məntəqələrində birgə döyüş əməliyyatları zamanı qoşun qruplarının birgə işləməsi üçün şəraitin yaxşılaşdırılmasına çalışacaqlar.

Belarus və Rusiya qüvvələrinin regional birgə əməliyyatları xüsusilə Rusiyanın Ukraynaya geniş miqyaslı müdaxiləsindən sonra baş tutub

2022-ci il fevralın 10-20-də Rusiya Belarusda “Allied Resolve 2022” adlı plansız təlim keçirib və bu təlimin bitməsindən 4 gün sonra Rusiya Ukraynaya müdaxilə etməyə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Belarus  


Bizi "telegram"da izləyin