Ordu.az xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün müdafiə sənayesi şirkətlərinin son iki ildə ümumilikdə 20 milyard dollarlıq müqavilə imzaladığını bildirib.
Görgün Türkiyənin müdafiə sənayesində yerli istehsalın təmin etdiyi iqtisadi üstünlükləri vurğulayıb.
“Əgər biz bu sistemləri xaricdən alsaydıq, maliyyəmiz 70 milyard dollara çatardı. Yerli istehsal etməyə məcburuq”, - deyə o qeyd edib.
O, həmçinin istehsal olunan hər bir platforma və sursatın iqtisadi töhfəsinin 1-dən 5-ə qədər olduğunu vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az