Ordu.az xəbər verir ki, növbəti “Gerald R. Ford” sinfinə məxsus aviadaşıyıcı gəmilər keçmiş prezidentlər Bill Klinton və Corc Buşun adını daşıyacaq.
ABŞ prezidenti Co Bayden ofisini təhvil verməzdən əvvəl verdiyi açıqlamalarda ABŞ HDQ-nin yeni aviadaşıyıcı gəmilərini açıqlayıb.
Plana görə, USS “William J. Clinton” (CVN 82) və növbəti gəmi “USS George W. Bush”un (CVN 83) inşası yaxın illərdə ABŞ-də nüvə enerjisi ilə işləyən aviadaşıyıcı gəmilər istehsal edən yeganə obyekt olan “Newport News Shipbuilding”də başlayacaq.
USS “William J. Clinton” (CVN 82) 2027-ci il büdcəsi üçün planlaşdırılır. USS “George W. Bush” (CVN 83) üçün layihənin hansı ildə başlayacağı hələ açıqlanmayıb.
Sevinc Əliyeva
Ordu.az