Qəzzada atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minəcək

2025/01/1737005427.jpg
Oxunub: 292     23:21     15 Yanvar 2025    
Qətər HƏMAS-İsrail razılaşmasını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.

O HƏMAS və İsrailin Qəzza zolağında atəşkəsin əldə olunması və girovların azad edilməsi ilə bağlı razılığa gəldiklərini bəyan edib.

Onun sözlərinə görə, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minəcək və 42 gün davam edəcək. Girovların azad edilməsi razılaşmanın birinci mərhələsi olacaq. HƏMAS-ın ilk mərhələdə 33 girovu azad edəcəyi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   HƏMAS  


Bizi "telegram"da izləyin