Ordu.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisindən bildirilib.
“Hələ də həll olunmamış bir neçə bənd var və ümid edirik ki, təfərrüatlar bu gecə razılaşdırıla bilər”, - bəyanatda deyilir.
Ofis həmçinin qeyd edib ki, HƏMAS hərəkatının nümayəndələri İsrail qoşunlarının Filadelfiya dəhlizindən - Misirlə Qəzza zolağının sərhədindəki ərazisindən çıxarılması tələbindən imtina ediblər.
Bundan əvvəl "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.
Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.
Ordu.az