Erməni hərbi ekspert: “Ay camaat, ayılın, tarixinizin son səhifəsini çevirmək təhlükəsi qarşısındasınız”

2025/01/1736835353.jpg
Oxunub: 709     11:45     18 Yanvar 2025    
“Müşahidə missiyası durbinlərlə Azərbaycan Ordusunun qarşısını nə bağlayacaq, nə də alacaq”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert David Camalyan deyib.

Onun sözlərinə görə, kiçik gərginlik olarsa, missiya nümayəndələri uzaqlaşacaqlar.

“Onları müşayiət edənlər çox tez evakuasiya ediləcək. Bu missiya vaxtilə sərhəd kəndlərində azərbaycanlıların məskunlaşdıqları yerlərin və ərazilərin müəyyən edilməsi üzrə anti-erməni fəaliyyəti ilə məşğul olub. Əslində Rusiyanın yerinə müxalifətçilik məntiqi ilə təqdim edilən bu missiya Azərbaycana sərfəlidir. Ay camaat, ayılın, tarixinizin son səhifəsini çevirmək təhlükəsi qarşısındasınız”, - deyə Camalyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu  


Bizi "telegram"da izləyin