Ordu.az xəbər verir ki, ABŞ-nin açıqladığı siyahı ilə bağlı Çin Ticarət Nazirliyindən yazılı açıqlama verilib.
Açıqlamada bildirilib ki, Çin ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bəzi firmaları “Çin hərbi şirkəti” kimi siyahıya almasına qəti şəkildə qarşıdır.
Açıqlamada ABŞ-nin bu addımının beynəlxalq iqtisadi və ticarət nizamını ciddi şəkildə pozduğu, qlobal sənaye və tədarük zəncirlərinin sabitliyinə xələl gətirdiyi qeyd edilib.
Vurğulanıb ki, Çin ABŞ-ni qaydalara hörmətlə yanaşmağa, səhv hərəkətləri dərhal dayandırmağa və Çin şirkətlərinə ədalətli davranmağa çağırır.
Pekinin vəziyyəti diqqətlə izləyəcəyi, Çin şirkətlərinin qanuni hüquq və maraqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az