Hindistan sualtı qayıqlar üçün ağır çəkili torpedoların inteqrasiyası məqsədilə “Naval Group” ilə razılığa gəlib

2025/01/1736489121.jpg
Oxunub: 502     16:34     16 Yanvar 2025    
Hindistan “Kalvari” sinfinə məxsus sualtı qayıqlar üçün ağır çəkili torpedoların inteqrasiyası məqsədilə “Naval Group” ilə təqribən 102,4 milyon dollar dəyərində müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, Hindistanın müdafiə katibi Raceş Kumar Sinqhin iştirakı ilə Yeni Dehlidə “Naval Group” şirkəti ilə “Kalvari” sinfinə məxsus sualtı qayıqlara radioelektron ağır torpedoların (EHWT) inteqrasiyası üçün müqavilə imzalanıb.

EHWT inteqrasiyası Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ), Müdafiə Araşdırma və İnkişaf Etdirmə Təşkilatı (DRDO) və “Naval Group” arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Rəsmilər bildiriblər ki, bu inteqrasiya Hindistan HDQ-nin “Kalvari” sinfinə məxsus sualtı qayıqlarının atəş gücünü əhəmiyyətli dərəcədə artıracaq.

Qeyd edək ki, “Kalvari” sinfinə məxsus sualtı qayıqlar Hindistan HDQ tərəfindən idarə olunan və rəsmi olaraq “Project-75” (P-75) adlandırılan dizel-elektrik hücum sualtı qayıqlarıdır. Bu sualtı qayıqlar Fransanın “Naval Group” və Hindistanın “Mazagon Dock Limited” (MDL) gəmiqayırma şirkətləri arasında əməkdaşlıq çərçivəsində inşa edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Kalvari  


Bizi "telegram"da izləyin