Almaniya ordusu PULS artilleriya sistemlərinin ilk partiyasını tədarük etmək üçün parlamentdən icazə alıb

2025/01/1736325176.jpg
Oxunub: 391     11:51     16 Yanvar 2025    
Almaniya ordusu “Elbit Systems” tərəfindən inkişaf etdirilən PULS artilleriya sistemlərinin ilk partiyasını tədarük etmək üçün parlamentdən icazə alıb.

Ordu.az xəbər verir ki, Almaniya Silahlı Qüvvələri üçün genişmiqyaslı satınalma paketinin bir hissəsi olan bu təsdiq Bundesver üçün təxminən 65 milyon avro (təxminən 68 milyon ABŞ dolları) dəyərində 5 sistemin satın alınmasını əhatə edir.

“Elbit”in Almaniya-Fransa müştərək müəssisəsi KNDS ilə təklif etdiyi PULS sistemi Almaniyanın yeni nəsil yaylım atəşli reaktiv sistemləri mövzusundakı yarışını hələlik bitirir.

“Lockheed Martin” və “Rheinmetall” tərəfindən təqdim edilən alternativ təklifdə xüsusilə İdarəolunan MLRS raketlərini ehtiva edən GMARS sistemi kifayət qədər irəliləməmiş kimi qiymətləndirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   PULS  


Bizi "telegram"da izləyin