TİSAŞ-ın PX5.7 modeli ABŞ-də diqqəti cəlb edir

2025/01/1736324703.jpg
Oxunub: 498     11:23     16 Yanvar 2025    
Şərqi Qara dəniz bölgəsində silah istehsalı sahəsində fəaliyyət göstərən “Trabzon Silah Sanayi AŞ” (TİSAŞ) ötən il kütləvi istehsalına başlanılan PX5.7 modelini ABŞ-yə ixrac edir.

Ordu.az xəbər verir ki, 1993-cü ildən Trabzonda Arsin Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyət göstərən TİSAŞ PX5.7 modeli ilə ixracat rəqəmlərini də artırıb.

Uzun illər davam edən “Ar-Ge” işlərindən sonra istehsalına başlanılan PX5.7 dəlici sursat növü və mərmi çıxış sürəti ilə həmkarlarından fərqlənir.

Bu tapançalara müxtəlif aksesuarlar da yerləşdirilə bilər.

TİSAŞ İdarə Heyətinin üzvü Murat Alemdaroğlu bu modelin istehsalına 3 illik “Ar-Ge” işindən sonra başlandığını deyib.

Alemdaroğlu tapançanın qlobal bazarda xüsusi yeri olduğunu bildirib.

“Uzun səylərdən sonra reallaşdıra bildiyimiz bir modeldir. Artıq dünyada bir neçə şirkət tərəfindən istehsal olunur. Bu, bəzi patentləşdirilmiş iş sistemlərini əlavə etdiyimiz bir modeldir. Biz onu 2024-cü ilin əvvəlində bazara çıxardıq. Hədəf bazar olaraq ABŞ-ni seçdik. Bunu edərkən hüquq-mühafizə qüvvələrinin ehtiyaclarını da nəzərə aldıq”, - deyə o qeyd edib.

Tapançanın özünəməxsus xüsusiyyətləri olduğunu deyən Alemdaroğlu onun istehsal prosesində bir çox çətin sınaqlardan uğurla keçdiyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TİSAŞ   ABŞ  


Bizi "telegram"da izləyin