İndoneziya BRİKS-in tamhüquqlu üzvü olub

2023/08/44557-1691914385.jpg
Oxunub: 573     20:01     06 Yanvar 2025    
İndoneziya BRİKS-in tamhüquqlu üzvü olub.

Ordu.az xəbər verir ki, bu barədə yanvarın 1-də assosiasiyaya sədrlik edən Braziliya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, İndoneziya daha əvvəl üzvlük üçün müraciət etmişdi.

Qeyd edək ki, BRICS (BRİKS) 2006-cı ildə yaradılıb. Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   BRİKS  


Bizi "telegram"da izləyin