Suriyanın xarici işlər və müdafiə nazirləri BƏƏ-yə gedib

2025/01/1736158466.jpg
Oxunub: 509     14:02     06 Yanvar 2025    
Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əş-Şibani Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfərə gedib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA informasiya agentliyi məlumat yayıb.

Əş-Şibaninin başçılıq etdiyi nümayəndə heyətinə Suriyanın müdafiə naziri Murhaf Əbu Kasra və Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri Anas Həsən Həttab daxildir. Agentlik qeyd edib ki, Suriyanın yeni hökumətinin nümayəndələri BƏƏ-də ölkələr arasında əməkdaşlıq və koordinasiya perspektivlərini müzakirə edəcəklər.

BƏƏ Suriya nümayəndə heyətinin respublikada hakimiyyət dəyişikliyindən sonra səfər etdiyi üçüncü ölkə olub. Bundan əvvəl əş-Şibani, Əbu Kasra və Hattab Qətərə səfər edərək əmirliyin baş naziri, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüşüblər. Yanvarın əvvəlində onlar Ər-Riyadda Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə danışıqlar aparıblar.

Yaxın günlərdə Suriya nümayəndə heyətinin İordaniyaya səfəri planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   BƏƏ  


Bizi "telegram"da izləyin