Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib

2025/01/1736150164.jpg
Oxunub: 1246     11:45     06 Yanvar 2025    
Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Kuraxovo şəhərini ələ keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Donbasın cənub-qərb hissəsindəki ən böyük yaşayış məntəqəsi olan Kuraxovo nəzarətə götürülüb. "Kuraxovonun azad edilməsi zamanı Ukrayna Silahlı Qüvvələri şəxsi heyətinin 80%-ni (12 min nəfərdən çox), 3 minə yaxın müxtəlif silah və hərbi texnikanı, o cümlədən 40 tankı itirib", - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Kuraxovo  


Bizi "telegram"da izləyin