Fransa ikinci aviadaşıyıcı gəmi yerinə PUA gəmisi inşa etməyi düşünür

2025/01/1736149417.jpg
Oxunub: 384     13:12     16 Yanvar 2025    
Fransa hərbi Pilotsuz Uçuş Aparatlarının (PUA) artması fonunda dəniz strategiyasını yenidən dəyərləndirir.

Ordu.az xəbər verir ki, tək avidaşıyıcı təyyarə “Charles de Gaulle”un texniki xidmətə görə yalnız ilin yarısı fəaliyyət göstərməsi ikinci avidaşıyıcı gəminin inşası ilə bağlı müzakirələrə səbəb olub.

Lakin “PUA inqilabı” diqqəti PUA daşıyan gəmilərə yönəldib və bu, dəniz imkanlarını yenidən müəyyən edə bilər.

Kristof Pipolo və Mark Qrozel kimi analitiklər Portuqaliyanın “João II” və Türkiyənin TCG “Anadolu” gəmiləri kimi nümunələr gətirərək, PUA gəmilərinin potensialını vurğulayırlar.

Bu gəmilər havadan sualtına qədər müxtəlif PUA əməliyyatlarına imkan verir, eyni zamanda ənənəvi aviadaşıyıcı gəmilər ilə müqayisədə sərfəli qiymət təklif edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   PUA  


Bizi "telegram"da izləyin