Hindistan yeni nəsil döyüş təyyarəsi layihələrində iştirak etmək təklifi alıb

2025/01/1735989239.jpg
Oxunub: 484     15:01     17 Yanvar 2025    
Yeni nəsil döyüş təyyarəsi axtarışlarının davam etdiyi bir vaxtda Hindistanın iki mühüm layihədən təklif aldığı bildirilib.

Ordu.az xəbər verir ki, Hindistan yeni nəsil döyüş təyyarəsi hazırlamaq səylərini davam etdirməklə yanaşı, beynəlxalq inkişaf etdirmə layihələrində də iştirak etməyə çalışır.

Mlumata görə, Almaniya və İspaniya ən müasir 6-cı nəsil döyüş təyyarələrinin hazırlanmasını nəzərdə tutan Gələcəyin Döyüş Hava Sistemi (FCAS) layihəsində iştirak etmək üçün Hindistana təklif verib.

Böyük Britaniya-Yaponiya-İtaliya konsorsiumu Hindistanı qabaqcıl texnologiya və strateji tərəfdaşlıqlar vasitəsilə hava müharibəsində inqilabi dəyişiklikləri nəzərdə tutan Qlobal Hava Döyüş Proqramına (GCAP) qoşulmağa dəvət edib.

Qlobal Hava Döyüş Proqramı çərçivəsində hazırlanacaq təyyarənin çox aşağı radara görünmə sahəsi və uzun mənzilli radar kimi xüsusiyyətləri ilə hava üstünlüyü təmin edəcək bir təyyarə olması hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   FCAS   GCAP   Təklif  


Bizi "telegram"da izləyin