Cənubi Kipr silahlanma yarışındadır

2025/01/1735969698.jpg
Oxunub: 528     14:07     06 Yanvar 2025    
“Forbes” nəşri Cənubi Kiprin son dövrdəki silah alışlarını və NATO-ya üzv olmaq hədəfini təhlil edib.

Ordu.az xəbər verir ki, nəşr Cənubi Kiprin yeni qazanclarla hərbi güclənməni davam etdirdiyini və NATO-ya üzv olmağı hədəflədiyini qeyd edib.

Müəllif yazıb ki, Cənubi Kipr prezidenti Nikos Xristodoulides bu niyyətini 2024-cü il noyabrın sonunda “Associated Press”ə müsahibəsində ifadə edib.

“Dekabrın əvvəlində verdiyi başqa bir müsahibəsində Cənubi Kiprin müdafiə naziri Vasilis Palmas Cənubi Kiprin mövqeyinə görə müdafiəsini təkmilləşdirməli olduğunu vurğulayıb.

Palmas AP-yə verdiyi açıqlamada bildirib: “Şərqi Aralıq dənizindəki vəziyyət, daim dəyişən geostrateji tarazlıqlar və rəqabətli maraqlar adanın müdafiə qabiliyyətini gücləndirməsini daha da aktual edir”.

Eyni zamanda, Cənubi Kipr ən azı 2 “Barak” MX hava hücumundan müdafiə raket batareyası və onlarla bloklama raketini İsraildən açıqlanmayan bir məbləğə alıb”, - deyə nəşr bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Kipr   Silah  


Bizi "telegram"da izləyin