İsveç Rumıniya üçün yeni "Patriot" sistemləri ilə bağlı 27,3 milyon dollar ayırır

2024/12/1733127764.jpg
Oxunub: 492     19:43     02 Yanvar 2025    
İsveç hökuməti “Ukraynanın hava hücumundan müdafiəsini dolayısı ilə gücləndirmək” üçün 300 milyon kron (27,3 milyon dollar) ayırıb.

Ordu.az-ın məlumatına görə, bu barədə İsveç hökuməti mətbuat xidməti bildirib.

Məlumata əsasən, vəsait Rumıniyaya göndəriləcək ki, o, Ukraynaya köçürülənləri əvəz etmək üçün yeni "Patriot" hava hücumundan müdafiə sistemləri ala bilsin.

Qeyd edək ki, İsveç payızda Almaniyanın rəhbərlik etdiyi Hava Hücumundan Müdafiə üzrə Dərhal Fəaliyyət (IAAD) layihəsində iştirakın bu formasında maraqlı olduğunu açıqladı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Rumıniya  


Bizi "telegram"da izləyin