İtaliyan jurnalistin həbsinə görə İran səfiri XİN-ə çağırılacaq

2025/01/Ekran-1735818414.jpg
Oxunub: 741     15:44     02 Yanvar 2025    
İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Xarici İşlər Nazirliyinə jurnalist Sesiliya Salanın həbsinə görə İran səfirini çağırmağı tapşırıb.

Ordu.az xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat verib.

“Biz Sesiliya Salanı evə gətirmək və hüquqlarına hörmət edilməsini tələb etmək üçün yorulmadan çalışırıq. Azadlığa çıxana qədər Sesiliya və valideynləri heç vaxt tək qalmayacaq”, – nazir vurğulayıb.

Qeyd edək ki, italyan jurnalist Sesiliya Sala dekabrın 19-da İranın paytaxtı Tehranda reportaj hazırlayarkən polis tərəfindən həbs edilib.

İran hökuməti Sesiliya Salanın həbs olunduğunu təsdiqləyib.

Sala Tehranın Evin həbsxanasında saxlanılır. O İtaliyanın “Il Foglio” qəzetinin müxbiridir. "Il Foglio" bildirib ki, Sala İran haqqında məlumat vermək üçün adi viza ilə Tehranda olub.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   İran  


Bizi "telegram"da izləyin