Türkiyə hökumətində mümkün dəyişikliklər əsas nazirləri əhatə etməyəcək

2024/07/1721926234.jpg
Oxunub: 591     15:32     02 Yanvar 2025    
Türkiyə Nazirlər Kabinetində fevralın sonunadək gözlənilən dəyişikliklər beş əsas naziri əhatə etməyəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.

Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbələr bildirib ki, beş-altı nazir vəzifəsindən azad edilə bilər. Bununla belə, vitse-prezident Cevdet Yılmaz, maliyyə naziri Mehmet Şimşek, xarici işlər və milli müdafiə nazirləri Hakan Fidan və Yaşar Güler, həmçinin ekologiya və şəhərsalma naziri Murat Kurum öz vəzifələrini saxlayacaqlar.

2024-cü ilin mart ayında keçirilən və müxalifətin qələbə qazandığı yerli hakimiyyət orqanlarına seçkilərdən sonra AKP-də islahatlar çərçivəsində həyata keçirilən dəyişikliklər həm partiyanın rəhbərliyini, həm də bələdiyyələri əhatə edəcək. Qəzetin məlumatına görə, kadr dəyişikliyinin fevralın sonunda keçirilməsi nəzərdə tutulan AKP qurultayına qədər başa çatdırılması planlaşdırılır.

Türkiyənin hazırkı Nazirlər Kabineti 2023-cü ilin may ayında keçirilmiş prezident və parlament seçkilərindən sonra həmin ilin iyun ayında formalaşdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Hökumət  


Bizi "telegram"da izləyin