Suriya ABŞ ilə dialoqa hazırdır

2025/01/1735795658.jpg
Oxunub: 532     07:46     02 Yanvar 2025    
Suriyanın Keçid Hökumətində xarici işlər naziri Əsəd Şeybani, ölkəsinin beynəlxalq tərəflərlə dialoq qurmağa açıq olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Qətər İnformasiya Agentliyinə istinadla məlumat yayılıb. Şeybani verdiyi bəyanatda ABŞ ilə münasibətləri inkişaf etdirməyə hazır olduqlarını qeyd edib, lakin bunun ABŞ-ın mövqeyindən asılı olduğunu vurğulayıb.

O, münasibətlərin Suriya xalqının maraqlarını əsas götürəcəyini bildirib və ABŞ ilə əlaqələrin "həlledici" əhəmiyyət kəsb etdiyini əlavə edib. Şeybani, həmçinin, Suriya üzərindəki sanksiyaların qaldırılmasının vacibliyinə diqqət çəkib.

Bildirilib ki, Şeybani bu gün ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib. Səfər, Səudiyyə Ərəbistanının xarici işlər nazirinin dəvəti əsasında baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   ABŞ  


Bizi "telegram"da izləyin