Səudiyyə Ərəbistanı ölkəyə narkotik vasitələr keçirmək istəyən 6 İran vətəndaşını edam edib

2025/01/1735795569.jpg
Oxunub: 2015     09:25     02 Yanvar 2025    
Bu gün, Səudiyyə Ərəbistanı krallığa narkotik vasitələri keçirməkdə ittiham olunan 6 İran vətəndaşına qarşı edam hökmünün icra olunduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu haqda əl-Cəzira telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin bəyanatına görə, şərq bölgəsində məhkəmə prosesinin bütün mərhələləri başa çatdıqdan sonra qərarlar icra olunub.

Qeyd olunur ki, müttəhimlər Səudiyyə ərəbistanına marixuana keçirməyə cəhd edərkən həbs ediliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistan   İran  


Bizi "telegram"da izləyin