Əhməd Şəra Suriyada xristian din xadimlərini qəbul edib - FOTOLAR

2025/01/67759-6943034120.jpg
Oxunub: 659     00:16     02 Yanvar 2025    
Suriyada yeni hökumətin lideri Əhməd Şəra xristian icmasının ruhaniləri ilə görüşüb.

Ordu.az xəbər verir ki, hökuməti ələ keçirən müxaliflər ölkədəki bütün etnik və dini qrupların təmsil olunduğu yeni administrasiya üçün müzakirələri davam etdirir.

Suriyanın Dövlət Xəbər Agentliyi SANA Şəranın Dəməşqdəki sarayda xristian din xadimlərindən ibarət nümayəndə heyətini qəbul etməsinin fotolarını paylaşıb.

Qeyd edək ki, Suriyada əhalinin təxminən 10 faizini xristianların təşkil etdiyi bildirilir.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəra   Suriya  


Bizi "telegram"da izləyin