ABŞ-də 10 nəfərin həlak olduğu məkanda partlayıcı qurğular aşkar edilib - YENİLƏNİB (VİDEO)

2024/05/1717132874.jpg
Oxunub: 981     18:01     01 Yanvar 2025    
Nyu Orleanda piyadaları vuran şəxsin öldüyü güman edilir.

Ordu.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

***

ABŞ-nin Nyu-Orlean şəhərində insanların həlak olduğu ərazidə partlayıcı qurğu aşkar edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, ABŞ Federal Təhlükəsizlik Bürosunun (FTB) nümayəndəsi bildirib avtomobili insanların üzərinə sürən şəxslə atışmada iki polis əməkdaşı yaralanıb.



***

ABŞ-nin Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ən azı 10 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Bildirilir ki, sürücü daha sonra nəqliyyat vasitəsindən düşərək silahdan atəş açmağa başlayıb, hüquq-mühafizə orqanları da cavab atəşi açıb.

"İlkin məlumatlara görə, avtomobil, çox güman ki, bir qrup insana çırpılıb. Xəsarət alanlar barədə məlumat olmasa da, ölüm hallarının olduğu bildirilir", - yerli polis idarəsindən qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yük-maşını  


Bizi "telegram"da izləyin