Belarusda prezidentliyə namizədlərin təşviqat kampaniyası başlayıb

2025/01/1735720283.jpg
Oxunub: 521     12:25     01 Yanvar 2025    
Belarusda bu gün seçki kampaniyasının təşviqat mərhələsi başlayıb və 2025-ci il yanvarın 25-dək davam edəcək.

Ordu.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Prezidentliyə namizədlər seçkiqabağı proqramlarını seçicilərə təqdim edəcəklər.

Belarus Mərkəzi Seçki Komissiyası (MSK) xatırladıb ki, prezidentliyə namizədlər seçki qanunvericiliyində müəyyən edilmiş formalarda seçkiqabağı təşviqat apara bilərlər: təşviqat materiallarının hazırlanması və yayılması, kütləvi tədbirlərin keçirilməsi (bina xaricində yığıncaqlar, mitinqlər və piketlər), seçicilərlə görüşlərin keçirilməsi, kütləvi informasiya vasitələrində çıxışlar, qanunla qadağan edilməmiş digər formalar.

Yerli icra və sərəncamverici orqanların qərarları ilə hər bir səsvermə məntəqəsinin ərazisində çap təşviqat materiallarının yerləşdirilməsi üçün xüsusi yerlər ayrılıb. Bu qərarlarla həmin orqanların rəsmi internet saytlarında tanış olmaq olar.

Belarusda prezident seçkiləri 26 yanvar 2025-ci il tarixinə təyin edilib. MSK tərəfindən prezidentliyə beş namizəd qeydə alınıb: hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak, Liberal Demokrat Partiyasının sədri Oleq Qaydakeviç, fərdi sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Prezident   Seçki  


Bizi "telegram"da izləyin