Mütəxəssislər Cənubi Koreyada qəzaya düşən təyyarənin qara qutusundan məlumat çıxarıblar

2025/01/1735710078.jpg
Oxunub: 2133     09:35     01 Yanvar 2025    
Mütəxəssislər dekabrın 29-da Muan hava limanında qəzaya uğrayan Jeju Air təyyarəsinin qara qutusundan səs yazıcısına dair məlumatları çıxarıb və audiofayllara çevirirlər.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreya Nəqliyyat Nazirliyinin mülki aviasiya departamentinin direktoru Çju Çenq Vanq brifinqdə danışıb.

“Səs yazıcısından məlumatların çıxarılması tamamlandı. Bu gün onların səs fayllarına çevrilməsi istiqamətində işlərə başlanılıb” – o deyib. Cənubi Koreya rəsmisi əlavə edib ki, işlər mümkün qədər tez aparılacaq.

Qeyd edək ki, ötən il dekabrın 29-da Boeing 737-800 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 181 nəfərdən 179-u həlak olub . Bu, Koreya Respublikasında ən dəhşətli hava qəzası hesab edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Qəza  


Bizi "telegram"da izləyin