ABŞ-da elan edilib ki, Rusiya ordusunun taktika dəyişikliyi Ukrayna üçün problemə çevrilib

2025/01/1735709009.jpg
Oxunub: 709     09:22     01 Yanvar 2025    
Rusiya hərbçiləri taktika dəyişikliyi səbəbindən Ukrayna ordusuna problemə çevrilib.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times“ yazıb.

Nəşrin məlumatına görə, rus döyüşçüləri getdikcə daha çox elektrik skuter, motosiklet və kvadrosikllərdən istifadə edirlər. Bu, onlara cəbhə xətti boyunca sürətlə hərəkət etməyə imkan verir.

“15 nəfəri daşıyan yalnız bir avadanlığı vurmaq olduqca asandır. Amma bu 15 nəfər elektrik skuter sürəndə bu, çox böyük problemdir” – bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Dmitri Pavlenko-Krızheshevski bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin