Cənubi Koreya parlamenti hərbi vəziyyətlə bağlı araşdırmalara başlayıb

2024/12/1735375603.jpg
Oxunub: 603     23:37     31 Dekabr 2024    
Cənubi Koreyada qiyam şübhəsi ilə hərbi vəziyyət hadisələri ilə bağlı parlament araşdırması başlayır.

Ordu.az-ın məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.

Məlumata əsasən, ölkənin icra hakimiyyətləri və hərbi strukturlar yoxlanılacaq.

Cənubi Koreya Milli Assambleyası plenar səsvermədə müvafiq planı təsdiqləyib, 191 deputat dəstək verib, 71 nəfər isə bitərəf qalıb. Yoxlama fevralın 13-dək 45 gün davam edəcək.

Parlamentarilər hökumətin hərbi vəziyyətin elan edilməsindən əvvəl keçirilən iclasında qanuna əməl edilib-edilmədiyini yoxlayacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Hərbi-vəziyyət  


Bizi "telegram"da izləyin