Zelenski Kiyev şəhər hərbi administrasiyasının rəhbərini dəyişib

2024/08/1724762464.jpg
Oxunub: 634     22:14     31 Dekabr 2024    
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev şəhər hərbi administrasiyasının rəhbərini dəyişib.

Ordu.az xəbər verir ki, bu barədə Volodimir Zelenskinin ofisinin saytında məlumat yayılıb.

Məlumata görə, sözügedən vəzifəyə Timur Tkaçenko təyin olunub.

Bundan əvvəl o, Ukraynanın icmaların və ərazilərin inkişafı nazirinin müavini olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna   Kiyev  


Bizi "telegram"da izləyin