Yəməndən İsrailə yeni raket hücumu olub

2024/12/1734757131.jpg
Oxunub: 1937     09:04     31 Dekabr 2024    
İsrail ordusu Yəməndən atılan ballistik raket səbəbilə ölkədə sirenlərin çalındığını və insanlara sığınacaqda gizlənmək tövsiyə olunduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, ordudan verilən açıqlamada raketin uğurla məhv edildiyi bildirilib.

İsrail Müdafiə Qüvvələri həmçinin raketin hissələrinin Beyt Şemeş şəhərinə düşdüyünü açıqlayıb.

İsrail mətbuatı hücum nəticəsində ciddi dağıntıların yaşanmadığını açıqlayıb.

Hücumun Yəməndə İsrailə qarşı mübarizə apardığını deyən İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirildiyi ehtimal edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   İsrail  


Bizi "telegram"da izləyin