Ordu.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"Dünyada biz çıxılmaz humanitar vəziyyətin şahidi oluruq. İqlim dəyişikliyi, münaqişə və ifrat yoxsulluq ən həssas insanların əzabını artırır. Böyük Britaniya digər ölkələrə ötürülən humanitar yardımın həcmini artırmaq üçün tərəfdaşlarımızla işləyir", - nazirlik rəhbərinin müavini Anneleyz Dodds bildirib.
O, bu addımların "qlobal sabitliyə qarşı təhlükə ilə mübarizə aparmağa" və pisləşən miqrasiya böhranı ilə mübarizə aparmağa kömək edəcəyini vurğulayıb.
Ordu.az