Pakistan höküməti müxalifətlə İmran Xanın amnistiyasını müzakirə etməyi planlaşdırmır

2019/09/AR-19-1567832438.jpg
Oxunub: 1844     06:08     30 Dekabr 2024    
Pakistan hökuməti siyasi fikir ayrılıqlarının həlli üçün müxalifətlə dialoqun tərəfdarıdır, lakin danışıqların gündəliyinə respublikanın keçmiş Baş naziri İmran Xanın amnistiyasını daxil etməyi planlaşdırmır.

Ordu.az xəbər verir ki, bu barədə “The Express Tribune” nəşri ölkənin neft və qaz naziri Müsadiq Məliyə istinadən məlumat yayıb.

Qeyd edək ki, hakimiyyətlə müxalifət arasında məsləhətləşmələrin növbəti raundu 2025-ci il yanvarın 2-nə təyin edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İmran-Xan   Pakistan  


Bizi "telegram"da izləyin