Ordu.az-ın məlumatına görə, bu barədə Ariana News telekanalı xəbər yayıb.
Taliban tərəfindən yaradılmış Əfqanıstan Müdafiə Nazirliyi bəyan edib ki, sərhədin cənub-şərqində cinayətkar qrupların sığınacaqları və mərkəzləri cavab tədbirləri çərçivəsində hücuma məruz qalıb.
Məlumata görə, toqquşmalar zamanı həm yüngül, həm də ağır silahlardan istifadə edilib.
Dekabrın 24-də Taliban Müdafiə Nazirliyi Pakistan Silahlı Qüvvələrinin Paktika əyalətindəki ərazilərə zərbələr endirdiyini bildirib. Nazirlik Pakistanın bu hərəkətlərini beynəlxalq normaların pozulması kimi qiymətləndirib və bunun heç bir problemi həll etmədiyini vurğulayıb. Taliban tərəfi hadisənin cavabsız qalmayacağını bəyan edib.
Xatırladaq ki, Paktikada baş verən partlayış nəticəsində azı 50 nəfər ölüb, 40 nəfər isə yaralanıb.
Ordu.az