Norveçdə silahlı insident zamanı polis əməkdaşı həlak olub

2024/12/1735412262.jpg
Oxunub: 543     23:27     28 Dekabr 2024    
Norveçin cənub-qərbindəki Klepp bələdiyyəsində baş verən silahlı insident zamanı polis əməkdaşı həlak olub, daha biri isə yaralanıb.

Ordu.az-ın NRK telekanalına istinadən verdiyi məlumata görə, hadisə zamanı silahlı şəxs də öldürülüb.

Norveç kriminal polisi bildirib ki, dekabrın 28-nə keçən gecə “təhlükəli vəziyyət”lə bağlı polis çağırılıb və nəticədə atışma baş verib.

Roqaland polis departamentinin rəhbəri Hans Vik, “Biz öldürülən şəxs haqqında hazırda heç bir məlumat paylaşa bilmərik,” deyə açıqlama verib.

Yerli atıcılıq klubu bildirib ki, insidenti törədən şəxs klubun üzvü olub, lakin onun aqressiv davranışları və ya qeyri-adi hərəkətləri əvvəllər müşahidə edilməyib. Həmin şəxsin təxminən 40 yaşı olduğu qeyd edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Silahlı-insident  


Bizi "telegram"da izləyin