Qəzaya uğrayan təyyarənin kapitanının qızından təsirli paylaşım: Ata, sən mənim qəhrəmanımsan… (FOTOLAR)

2024/12/Ekran-1735324580.jpg
Oxunub: 800     22:23     27 Dekabr 2024    
“Azərbaycan Hava Yolları”nın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin həlak olan kapitanı İqor Kşnyakinin qızı sosial şəbəkə hesabında təsirli paylaşım edib.

Ordu.az xəbər verir ki, paylaşımda deyilir:

“Ata, sən mənim qəhrəmanımsan. Sən həmişə mənim qəlbimdə yaşayacaqsan. Sən onlarla insanı xilas edə bilmək üçün öz həyatını qurban verdin. Sən çox güclü olmusan. Mən həmişə sənin kimi atam olduğuna görə fəxr edəcəyəm. Sən çox şən olmusan, bizim üçün əlindən gələni etmisən. Bizim xoşbəxt olmağımızı istəmisən. Ən gözəl ata! Ümid edirəm ki, cənnətdə olacaqsan. Allah rəhmət eləsin”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin