Türkiyədən çıxan texnologiyalar ixracata çevriləcək

2024/12/2024--1735203421.jpg
Oxunub: 539     16:09     17 Yanvar 2025    
Türkiyəli mühəndislərin imzasını daşıyan texnologiya həlləri yenilikçi xüsusiyyətləri ilə fərqli coğrafiyalarda ixrac uğurları qazanacaq.

Ordu.az xəbər verir ki, əşyaların interneti (IoT) cihazlarından peyk sistemlərinə qədər texnologiyaları dizayn edən, inkişaf etdirən və istehsal edən INFINIA gələn il bu həlləri ixrac uğurlarına çevirəcək.

INFINIA Baş meneceri Tugay Güzel və İdarə Heyətinin üzvləri Berker Yaşar, Umut Yıldız, Serdar Bilecen, Tunç Batum 2024-cü ili qiymətləndirərək, 2025-ci ildə həyata keçiriləcək layihələr haqqında mətbuata məlumat veriblər.

Güzel 2012-ci ildə qurulan şirkətin bu günə qədər 400-dən çox layihə tamamladığını və müdafiə, kosmos, dənizçilik, yaşayış, reklam, “IoT” sektorlarında istifadəyə hazır həllər təqdim etdiyini bildirib.

Güzel ODTÜ ilə son əməkdaşlıqları ilə kampusun müxtəlif nöqtələrində quraşdırılacaq cihazlarla çoxlu məlumat toplayacaqlarını və beləliklə, müxtəlif qazanclar əldə edəcəklərini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   INFINIA  


Bizi "telegram"da izləyin