Türkiyənin kiçik və orta müəssisələrinin texnoloji bacarıqlarını artıracaq dəstəklərdə yeni bir dövr başlayır

2024/12/1735201746.jpg
Oxunub: 699     18:28     01 Yanvar 2025    
Türkiyə Sənaye və Texnologiya Nazirliyinin kiçik və orta müəssisələrin texnoloji səriştələrini artırmaq məqsədilə TÜBİTAK vasitəsilə başlatdığı Sənaye “Ar-Ge” və KOBİ “Ar-Ge” Başlanğıc proqramları üçün yeni dəstək dövrü yanvarın 2-də başlayacaq.

Ordu.az xəbər verir ki, kiçik və orta müəssisələrin layihə əsaslı araşdırma, texnologiya inkişaf etdirmə və innovasiya fəaliyyətləri müxtəlif proqramlarla dəstəklənir.

Bu çərçivədə TÜBİTAK Texnologiya və İnnovasiyaya Dəstək Proqramları Müdirliyi (TEYDEB) vasitəsilə Sənaye “Ar-Ge” Dəstək Proqramı və KOBİ “Ar-Ge” Başlanğıc Dəstək Proqramı üçün hər il yanvar və iyul aylarında iki çağırış edilir.

Türkiyə Sənaye və Texnologiya Nazirliyinin koordinasiyasında görülən hazırlıqlarla yeni il üçün yol xəritəsi tərtib edilib.

İki dəstək proqramında açılacaq çağırışlar üçün müraciətlər yanvarın 2-də başlayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TÜBİTAK   Türkiyə  


Bizi "telegram"da izləyin