Gürcüstan nümayəndə heyətləri hərbi təhsil müəssisələrində olub - FOTOLAR

2024/12/55572-1734096401.jpg
Oxunub: 788     17:19     13 Dekabr 2024    
Ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının Milli Müdafiə Akademiyasının və Gürcüstan Müdafiə Təsisatlarında İslahatlar Məktəbinin “Müdafiə və Təhlükəsizlik Strateji Kursu”nun nümayəndələri xüsusi təyinatlı hərbi təhsil müəssisələrini ziyarət ediblər.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbər heyətləri ilə görüşüblər.

Gürcüstan nümayəndə heyətlərinə Milli Müdafiə Universitetinin fəaliyyəti, habelə hərbi təhsil sahəsində həyata keçirilmiş islahatlar barədə ətraflı məlumat verilib. Həmçinin Cənubi Qafqazda regional təhlükəsizlik mühiti mövzusunda maraq doğuran məsələlər üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Gürcüstan  


Bizi "telegram"da izləyin