Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTOLAR

2024/12/e61e7-1734019118.jpg
Oxunub: 545     19:09     12 Dekabr 2024    
Dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov və qurumun kollektivi, üzv və tabe təşkilatların əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə əklil qoyub və güllər düzüblər.

Bu barədə Ordu.az-a Konfederasiyadan bildirilib.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Fəxri-xiyaban   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin