Niderlandın “F-35”ləri Baltik dənizində patrul etmək üçün Estoniyaya gəlib

2024/11/1732942012.jpg
Oxunub: 345     07:39     30 Noyabr 2024    
Niderlandın dördüncü nəsil F-35 qırıcılarından ibarət qrup Baltikyanı ölkələr üzərində hava patrulları aparmaq üçün Estoniyadakı Emari aviabazasına gəlib.

Ordu.az-ın məlumatına görə, bu barədə Niderlandın Müdafiə Nazirliyi xəbər yayıb.

NATO-nun rotasiyası çərçivəsində onlar 2025-ci il martın 31-dək patrul missiyalarını yerinə yetirəcəklər.

İlin əvvəlində NATO qırıcıları uçuş-enmə zolağının modernləşdirilməsi ilə əlaqədar Emari aviabazasını tərk ediblər.

Təyyarələr müvəqqəti olaraq Latviyadakı Lielvard aviabazasına köçürülmüşdü.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Niderland   F-35  


Bizi "telegram"da izləyin