Ordu.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının rəhbəri Massaçusetsdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Bayden Trampla yenidən görüşəcəkmi sualına cavabında deyib: “Məncə bəli”.
Bundan əlavə, jurnalistlər ondan yeni administrasiyada müxtəlif vəzifələrə namizədliyi irəli sürülən şəxslərin təhdidlər alması barədə məlumatı şərh etməsi istənilib. O bununla bağlı Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən araşdırma aparıldığını bildirib.
Qeyd edək ki, noyabrın 13-də Bayden və Tramp Ağ Evin Oval kabinetində iki saatlıq görüş keçiriblər. Onlar daxili siyasət və milli təhlükəsizliklə bağlı əsas məsələləri müzakirə ediblər.
Ordu.az