Suriyada müxalif qüvvələr Hələbin yeddi rayonuna nəzarəti ələ keçiriblər

2024/11/1732941081.jpg
Oxunub: 447     00:39     30 Noyabr 2024    
Suriyanın Hələb şəhərinin bir neçə bölgəsində müxalif qüvvələrlə Suriya hökumət ordusu arasında döyüşlər davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” dövlət agentliyi məlumat yayıb.

“Hələbin bir neçə bölgəsində hökumət əleyhinə qruplar və Suriya ordusu döyüşür. Müxalif qüvvələr şəhərin cənubuna, şimalına və şərqinə daxil olmağa çalışırlar. Onlar artıq yeddi rayona nəzarət edirlər”, - məlumatda vurğulanıb.

Bundan əvvəl məlum olub ki, Hələb və İdlib əyalətlərində üç günlük döyüşlərdən sonra müxalif qruplar 400 kv.km əraziyə nəzarəti ələ keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Hələb  


Bizi "telegram"da izləyin