Niderland Ukraynaya 3 ədəd “Patriot” HHM sistemi tədarük edib

2024/11/1732871604.jpg
Oxunub: 517     14:12     29 Noyabr 2024    
Niderland Ukraynaya 3 ədəd yeni “Patriot” Hava Hücumundan Müdafiə (HHM) sistemi tədarük edib.

Ordu.az xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans bildirib.

Rusiya qış ərəfəsində şəhərlərə hücumları gücləndirdiyi bir vaxtda Kiyev tərəfdaşlarını əlavə HHM vasitələri ilə təmin etməyə çağırır.

Rusiya noyabrın 28-də gecə saatlarında Ukraynanın enerji infrastrukturunu hədəfə alaraq, təxminən 100 pilotsuz uçuş aparatı və 90 raket atıb. Hücumdan sonra ölkə daxilində əlavə fövqəladə tədbirlər tətbiq edilib.

Ukraynanın müdafiə naziri Rustem Umerov tədarükə görə Niderlanda təşəkkür edib.

“Ukraynanın HHM imkanlarını gücləndirdiyinə görə nazir Brekelmansa və Niderland hökumətinə minnətdaram”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Ukrayna   Patriot  


Bizi "telegram"da izləyin